Day, Month 00, Year
00: 00: 00 AM
Nazir müavini vitse-prezident oldu, icra başçısı vəzifəsini itirdi

Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib.
Sahibkartv.Az-ın xəbərinə görə, bu, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlidir. Həmçinin əvvəlki rəhbərliyin dövründə vitse-prezident kimi fəaliyyət göstərmiş Məhərrəm Talıbov işinə davam edəcək.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və əvvəl federasiyanın vitse-prezidenti olmuş Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.
Xatırladaq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu dəfə vitse-prezident seçilməyib.
İdarə Heyətinə üzv seçilən Fuad Hacıyev isə həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidentlərindən biridir.
Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Boks Federasiyasına prezident seçilib.


Tarix: 9-02-2022, 14:40 Oxunub: 128


Bölməyə aid digər xəbərlər