Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda banan kəskin bahalaşdı - MARKETLƏRDƏ SATIŞI DAYANDI

Baxış: 285
Bananın kiloqramının qiyməti 3 manatı keçdi! Bir neçə tanınmış supermark banan satışını dayandırıb.
Azərbaycanda banan daha da bahalaşıb.
Sahibkartv.az-ın məlumatına görə, 2021-ci ilin sonlarına yaxın bir kiloqramı təxminən 1,80 manata satılan banan, ilin sonunda 2 - 2.10 manatadək  bahalaşmışdı. Bu ilin yanvar ayında isə bananın qiyməti 2.79 manata qaldırılmışdı. Bugündən isə bir çox meyvə-tərəvəz satışı mərkəzində bananın kiloqramı 3 - 3,10 manata satılır.
Hazırda tanınmış supermarketlərin bir çoxunda satışda banan yoxdur. Supermarketlər banan alışında çətinliklər olduğunu bildirirlər.
Son 3 ayda bananın qiyməti 70%-dən çox artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.