Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Toyunu qəflətən vəfat etmiş atasının meyitinin yanında keçirdi

Baxış: 317
İndoneziya sakini qəflətən vəfat etmiş atasının meyitinin yanında özünə toy edib.
“Tribun” nəşri yazır ki, bəyin sözlərinə görə, o, atasının mərasimdə iştirakını hər zaman arzulayıb.

Mənbənin qeyd etdiyinə görə, Romadoni Putra Pratamanın toyu başqa günə təyin edilibmiş. Lakin koronavirus pandemiyasına görə mərasim təxirə salınıb. Toyun keçirilməsinə fürsət yaranan kimi bəyin atası qəflətən vəfat edib. Kişi məşq edərkən urəyi dayanıb.
Gənc toyunu ikinci dəfə təxirə salmaq istəməyib. O, atasının ölümündən bir neçə saat sonra nişanlısı ilə elə meyitin yanında evlənib.
“Əminəm ki, atamın ruhu yanımızda idi və o, mənim evləndiyimi görürdü”, - Romadoni deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.