Ermənistan silahlı bölmələrinin iyulun 12-dən etibarən intensiv artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 65 yaşlı Minayə Qasımovanın evi ziyan görüb. Oxu.Az-ın cəbhə xəttinə ezam olunmuş müxbiri xəbər verir ki, M.Qasımovanın yaşadığı evin həyətinə mərmi düşüb.
Hadisə iyulun 14-də baş verib.







































