Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TƏBİB sədrinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlandı - YENİLƏNİB

Baxış: 292
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Cavanşir oğlu Qurbanova həvalə edilib.
Bu barədə Sahibkartv.az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 
Bildirilib ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.
Belə ki, V. Qurbanov hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.
Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.
11:32
Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazdığı barədə paylaşım edib. Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Hazırda hər kəsi maraqlandıran məsələ ölkənin ən önəmli qurumlarından biri olan TƏBİB daxilində nə baş verməsidir.
Ramin Bayramlının öz istəyi ilə işdən azad edilməsi üçün yazdığı ərizə rəsmən təsdiq edilibmi?
Bu proseslər müvafiq qaydada yekunlaşana qədər hazırda TƏBİB-də Ramin Bayramlının vəzifəsinin icrası kimə həvalə olunub? 
Gün ərzində bu və digər suallara rəsmi cavab veriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.