Sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı video müzakirələrə səbəb olub.Oxu.Az xəbər verir ki, videoda yaşlı cütlük bir-birinə sevgi nəğmələri ifa edirlər.
Ahıl kişi öz həyat yoldaşına əvvəlcə “Gözəlim sənsən” xalq mahnısını oxuyur, ardınca isə cütlük duet şəklində başqa bir xalq mahnısı – “Azərbaycan maralı”nı səsləndirirlər.
Daha sonra tərəflər bir-birilərinə sevgilərini ifadə ediblər.
Qeyd edək ki, sözügedən görüntülər Oğuz rayonunda qeydə alınıb.
[video=]


































