Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda daha bir xəstəxanada 24 tibb işçisi koronavirusa yoluxdu

Baxış: 393
“Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb.ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, klinikada bu günə qədər 24 tibb işçisi koronavirusa yoluxub:
“Buraya həkimlər, rezidentlər, tibb işçiləri daxildir. Onlardan artıq sağalıb evə gedənlər də, iş başına qayıdanlar da var”.
“Hazırda klinikada müalicəsi davam etdirilənlər var, vəziyyətləri normaldır”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.