Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəncədə leysan: Yaşayış evlərini, həyətyanı sahələri su basdı - FOTO

Baxış: 321
Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.
APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.
Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və  Nizami rayon İcra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib.
Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.
Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.