Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Güclü yağış daşqınlara səbəb oldu: Qobustana sel gəldi - FOTO/VİDEO

Baxış: 380
Qobustanın Poladlı kəndində güclü sel ciddi fəsadlar törədib.
Baku.tv xəbər verir ki, bu gün günorta saatlarında başlayan güclü leysan ardınca gələn sel suları Pirsaat çayında daşqınlara səbəb olub.
Hadisə zamanı yoldan keçən avtomobili sel aparıb. Xoşbəxtlikdən sürücü ətrafdakı insanların köməyi ilə canını xilas edə bilib.
Güclü sel kənd evlərinə dolub, həyətyanı sahələr sel sularının altında qalıb. Sel kəndlilərin bostan sahələrinə və nar bağlarına ciddi ziyan vurub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunub. Hazırda təbii fəlakətin kəndə vurduğu ziyan hesablanır.

[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.