Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəncədə su xəttini düzəldənlər qaz xəttini zədələdilər - FOTO

Baxış: 376
Gəncə şəhərində səhər saatlarında yağmış güclü yağışın fəsadlarını aradan qaldırarkən “Azərsu” ASC-nin texnikası ilə şəhərin N.Nərimanov küçəsi ilə A.Puşkin küçələrinin kəsişməsində, diametri 110 mm olan “Gəncə-2” yeraltı polietilen qaz xəttini yararsız vəziyyətə salınıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, baş verən hadisənin fəsadlarının aradan qaldırılması üçün təhlükəsizlik tədbiri olaraq təqribən 3 000 abonentin qaz təminatı dayandırılıb. Qaz təminatının bərpa olunması təqribən üç saat vaxt tələb edir.
Hazırda “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları hadisə yerindədir, təcili təmir işləri aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.