Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda açıq havada maskadan istifadə ləğv edilir

Baxış: 229
"Azərbaycanda açıq havada maskanın istifadəsinin ləğvi ilə bağlı yaxın vaxtlarda elan oluna bilər. Bununla bağlı qaydalar hazırlanır".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq.
Verilişdə, həmçinin qeyd olunub ki, ictimai nəqliyyatın da yavaş-yavaş bərpa olunması gözlənilir. Bununla bağlı rəsmi qərarları gözləmək lazımdır:
“Vətəndaşlarımızı narahat edən bir çox suallar var. İstər şadlıq mərasimləri, istərsə də digər kütləvi insanların bir yerə toplaşdığı mərasimlərin hamısı müzakirə olunur. Onlarla bağlı bəlli qaydalar hazırlanır. Biz artıq bir ildir deyirik ki, normal həyatın da anlayışı dəyişəcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.