Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

18 yaşına çatmış bütün vətəndaşların vaksinasiyasına başlanır - TARİX

Baxış: 242
“Ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir”.
Bunu Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəziTeymur Musayev deyib.
O bildirib ki, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox aşağıdır: "Yoluxanlar da xəstəliyin ağır mərhələsini keçirmirlər. May ayının 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiyaya qatıla bilər.18 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşlarını vaksinasiyaya qoşulmağa çağırıram”.
Teymur Musayev bildirib ki, bu kampaniyaya qoşularaq qısa müddətdə normal həyata qayıdışı təmin etmək olar: “Vaksinasiya olunmaq heç də həmin infeksiyadan digər qorunma vasitələrindən imtina etmək mənasını daşımır. Hazırda maska, gigiyena, sosial məsafə qaydalarına əməl etmək məcburidir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.