Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazir kombaynla pambıq yığdı - Video

Baxış: 108
Nazir kombaynla pambıq yığdı - Video


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunun Fətəlikənd kəndində pambıq yığım prosesində iştirak edib.

“Sahibkartv.az” xəbər verir ki, nazir kombaynın sükanı arxasına keçərək pambıq yığıb, sahədə çalışan mexanizator Yasin Zəhəddinovla söhbət edib. 

M.Məmmədov mexanizatorun fəaliyyəti və pambıq yığımının gedişi ilə maraqlanıb.

10 ildir kombayn idarə edən Yasin Zəhəddinov iş təcrübəsi barədə nazirə məlumat verib və müasir kənd təsərrüfatı texnikalarının pambıq yığımında yaratdığı imkanlardan danışıb.

Sahələrdə pambıq yığımı müasir texnika və mexanizasiya imkanlarından istifadə edilməklə davam etdirilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.