Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AFAZ Cooperation və AGTL Afrikaya ixrac potensialı və logistika marşrutlarını müzakirə edib

Baxış: 261


Africa Azerbaijan Cooperation (AFAZ Cooperation) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) tərəfindən AGTL-yə üzv nəqliyyat və logistika şirkətlərinin iştirakı ilə Azərbaycanın Afrika bazarına ixrac imkanlarının genişləndirilməsi, logistika marşrutlarının inkişafı və mövcud çağırışların müzakirəsinə həsr olunmuş işgüzar görüş keçirilib.
Sahibkartv.az xəbər verir ki, tədbirin açılışında AFAZ Cooperation-un rəhbəri Rəna Qəfərova və AGTL-nin sədri Vüsal Qasımov çıxış edərək Azərbaycan məhsullarının Afrika bazarına çıxışının genişləndirilməsi, beynəlxalq logistika şəbəkələrinin inkişafı və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı AGTL-yə üzv nəqliyyat və logistika şirkətlərinin nümayəndələri ilə Azərbaycanın Afrika qitəsinə ixrac potensialı, əsas Afrika limanlarına mövcud nəqliyyat marşrutları, alternativ tranzit dəhlizləri, logistika xərcləri, gömrük prosedurları və ixrac prosesində qarşıya çıxan çətinliklər ətraflı şəkildə müzakirə olunub. İştirakçılar Afrika bazarına çıxışın daha səmərəli təşkili üçün praktiki həll yolları və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr çərçivəsində AFAZ Cooperation tərəfindən 7–10 dekabr 2026-cı il tarixlərində Misirin Qahirə şəhərində keçiriləcək, Afrika qitəsinin qida sənayesi üzrə ən nüfuzlu beynəlxalq sərgilərindən biri olan Food Africa 2026 haqqında geniş təqdimat keçirilib.
Təqdimat zamanı bildirilib ki, AFAZ Cooperation sərgidə Azərbaycan Milli Pavilyonunun təşkilini planlaşdırır. Bununla əlaqədar Azərbaycan şirkətlərinin sərgidə həm eksponent (exhibitor), həm də ziyarətçi qismində iştirak imkanları, iştirak şərtləri, B2B görüşləri və Afrika bazarına çıxış baxımından yaradacağı biznes üstünlükləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu cür beynəlxalq sərgilər Azərbaycan məhsullarının Afrika bazarında tanıdılması, yeni tərəfdaşlıqların qurulması və ixracın artırılması üçün mühüm platformadır.
Qeyd edək ki, Africa Azerbaijan Cooperation (AFAZ Cooperation) 2023-cü ildə təsis olunub. Təşkilatın əsas məqsədi Azərbaycan ilə Afrika ölkələri arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına dəstək vermək, Azərbaycan məhsullarının Afrika bazarına ixracını təşviq etmək, biznes əlaqələrinin qurulmasına, ixrac missiyalarının, biznes forumlarının və beynəlxalq sərgilərdə milli iştirakın təşkilinə töhfə verməkdir.
AFAZ Cooperation bu istiqamətdə dövlət qurumları, biznes assosiasiyaları və özəl sektor nümayəndələri ilə əməkdaşlığını davam etdirərək Azərbaycan məhsullarının Afrika bazarında mövqeyinin gücləndirilməsi və yeni ixrac imkanlarının yaradılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə genişləndirir.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.