Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü

Baxış: 135
İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü


"907-ci düzəliş" ABŞ Konqresi tərəfindən ədalətsiz bir addım idi, bu ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü.

Bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Prezident bildirib ki, Bayden də (eks ABŞ prezidenti -red.) məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden Administrasiyası zamanı çətinliklərlə üzləşib:

"Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum edilmişdi. Təəssürat belə yaradılmışdı ki, Azərbaycan Ermənistana qarşı blokada yaradırdı, bu isə həqiqətə uyğun deyildi".

İlham Əliyev əlavə edib ki, bu gün "907-ci düzəliş" tamamilə köhnəlib:

"Birincisi, Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Başqa tərəfdən, Azərbaycan birtərəfli olaraq Ermənistana olan məhdudiyyətləri tam aradan qaldırıb, 40 min tondan artıq müxtəlif yüklər Ermənistana Rusiya, Qazaxıstan və digər yerlərdən daşınıb. Həmçinin Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, bu rəqəm artıq 10 min tondan artıqdır".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.