Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar

Baxış: 54
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar


Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına “Xankəndi” Mehmanxana Kompleksinə aid “Xankəndi” hotelində yaradılmış şərait haqqında məlumat verdi.

Bildirildi ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var.

Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər.

Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.

Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir.

Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.