Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sabah “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.Bu barədə “Report”a onun ailə üzvləri məlumat veriblər
Dəfn mərasimi sabah - aprelin 6-da baş tutacaq.
Qeyd edək ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi. R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.





































