Day, Month 00, Year
00: 00: 00 AM
Bakıda XVIII əsrdən qalan tarixi hamamın vəziyyəti nəzarətə götürüldü - FOTO

Bakıda XVIII əsrdən qalan, zibilliyə çevrilən “Qum hamamı” ilə bağlı vəziyyət ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib və təmizlik işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
Onun sözlərinə görə, hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub:
“Ərazidə yaşayan sakinlərlə dəfələrlə bu istiqamətdə maarifləndirici söhbətlər də aparılıb. Tarixi abidə Nazirlər Kabinetinin 2001-cil 2 avqust tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısına salınıb. Bundan əvvəl də tarixi abidənin içərisi bir neçə dəfə zibildən təmizlənib.
Buna baxmayaraq, yenə də buraya zibil tökülür. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Zibil qutularının qoyulması üçün tərəfimizdən icra hakimiyyətinə və bələdiyyəyə müraciət olunub.
Məsələ ilə bağlı hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tarixi abidənin yerləşdiyi ərazidədir.
Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb. Günün sonunadək yaxınlıqda zibil yeşikləri də qoyulacaq. Həmçinin, abidənin bərpa olunması məsələsi də gündəmdədir”.


Tarix: 10-07-2020, 13:45 Oxunub: 136


Bölməyə aid digər xəbərlər