Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aqrar sahədə yeni subsidiya alətləri tətbiq ediləcək - Məcnun Məmmədov

Baxış: 63
Aqrar sahədə yeni subsidiya alətləri tətbiq ediləcək - Məcnun Məmmədov


Yeni Dövlət Proqramı özlüyündə sadəcə həmin sahədə görüləcək işlər demək deyil. Əslində, daha əhatəlidir, həm fundamental tədbirləri, həm də dəstəkləyici tədbirləri ehtiva edir. Dövlət Proqramında Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin 2026−2030-cu illər üçün inkişafının əsasları qeyd olunub. Proqramın əsas hədəfi fundamental transformasiyaya nail olmaqdır. Ekstensiv istehsalatdan, ekstensiv məhsul istehsalından intensiv məhsul istehsalına keçidi formalaşdırmaqdır.
"Sahibkartv.az" xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov AZƏRTAC, AzTV və ARB TV-yə məxsusi müsahibəsində söyləyib.
Nazir qeyd edib ki, bitkiçilik sahəsində son illərdə bu istiqamətdə uğurlar olsa da, heyvandarlıq sahəsində təəssüf, intensiv təsərrüfatlar mövcuddur. Lakin onların sayı yetərincə olmadığına görə Dövlət Proqramında bu da nəzərə alınıb: “Ümumilikdə, resurs nöqteyi-nəzərindən proqramın dörd əsas sütun üzərində həyata keçirilməsi planlaşdırılır. İlk növbədə, resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılması planlaşdırılır. İkincisi isə texnologiyaya və innovasiyaya əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Eyni zamanda, resurs səmərəliliyi, texnologiya və innovasiya, bazarlara və dəyər zənciri üzrə inteqrasiyaya, həmçinin emal sənayesinin inkişafına və məhsul istehsalının artımına nail olmaq nəzərdə tutulur”.
Onun sözlərinə görə, burada tətbiq ediləcək mexanizmlər müxtəlifdir. “İndiyə kimi mövcud olan bəzi mexanizmlər qorunub saxlanacaq. Həm subsidiyalar, həm güzəştlər, eyni zamanda, daha güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni subsidiya alətlərinin təqdim olunması da planlaşdırılır. Dövlət Proqramında fundamental tədbirlər kimi dəstəkləyici tədbirlər də var. Bunlar özündə ilk növbədə nazirliyin fəaliyyəti ilə bağlı institusional islahatları, qanunvericilik təşəbbüslərini özündə ehtiva edir, həmçinin rəqəmsallaşmanın, süni intellektin tətbiqi də nəzərdə tutulur”, - deyə Məcnun Məmmədov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.