
Tədbirdə Cərrah-mama ginekoloq, reproduktoloq Dr. Elnurə Mustafayeva spiker qismində çıxış edərək ginekoloji sağlamlıq və qadın sağlamlığına müasir yanaşma, sonsuzluq mövzusunda iştirakçılar üçün təqdimatla çıxış edib. Sahibkartv.az xəbər verir ki, Bu tədbir həkimlər, pasiyentlər, valideynlər, uzun müddət övlad həsrəti ilə yaşayıb uğurlu müalicə ilə övlad sahibi olanların iştirakı ilə baş tutdu. Səmimi və interaktiv atmosferdə keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb, eyni zamanda onlar üçün xüsusi hədiyyələr təqdim olunub.
Məlhəm Beynəlxalq Hospital tərəfindən təşkil olunan tədbirin əsas məqsədi qadın sağlamlığı ilə bağlı maarifləndirməni artırmaq və Analar Gününü xüsusi şəkildə qeyd etmək olub.











































