Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi

Baxış: 90


Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi, Şura üzvləri, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin, bir qrup ictimai fəalların birgə iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Sahibkartv.az xəbər verir ki, İclasda, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası vəziyyəti, “Şəhərsalma və Memarlıq İli” və “Goranboy 2026-Gənclər Paytaxtı” ilə bağlı silsilə ümumrayon tədbirlərinin davam etdirilməsi, cari ilin ötən dövrü ərzində rayonun sosial-iqtisadi və ictimai-siyasi inkişafı sahəsində görülmüş işlər, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, xüsusi ilə baramaçılıq sahəsində cari ildə görüləcək işlər, şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlərin xüsusi diqqət mərkəzində saxlanılması, vətəndaş müraciətlərinin təhlili, erkən evlilik və qohum nikahları, qanunsuz tikintilərə qarşı mübarizə və bələdiyyələrlə işin qarşılıqlı təşkili barədə məsələlər müzakirə olundu.
Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Baku–Khankendi Azerbaijan Cycling Race” beynəlxalq velosiped yarışının rayon ərazisindən keçməsi ilə əlaqədar yol infrastrukturunun mövcud vəziyyəti, yolların təmizliyi, yol nişanlarının quraşdırılması, eləcə də iştirakçıların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məsələləri il bağlı aidiyyəti qurumların nümayəndələrinə konkret tapşırıq və tövsiyələrini bildirdi.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.