Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Biz cəmi 9 aydır ki, sülh şəraitində yaşayırıq”

Baxış: 45
“Biz cəmi 9 aydır ki, sülh şəraitində yaşayırıq”


“Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik”.

“Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışında deyib.

Ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin birgə bəyannamə imzaladıqlarını xatırladan dövlət başçısı sülh əldə edildikdən sonra Azərbaycanın 1990-cı illərin əvvəllərində Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, sülhün digər nailiyyəti bağlantıdır: “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir hissəsi olacaq”.

Dövlət başçısı əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.