Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağda yeni radionun açılması üçün sənəd qəbulu başa çatdı

Baxış: 456
Milli Televiziya və Radio Şurasının Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral-12 martadək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib.
İddiaçılar aşağıdakılardır:
- “Real Təhlil İnformasiya Mərkəzi” MMC;
- “Caspian İnternational Broadcasting Company” MMC;
- “Balans Studiyası” MMC;
- “İNS ÇM” MMC;
- “İsti Press” MMC
- “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası
- “ARB 24” MMC
“Televiziya və radio yayımı haqqında” qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.