Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xudəfərin keçid postunun açılması gündəmdədir - RƏSMİ

Baxış: 329
İran tərəfindən Azərbaycana Xudəfərin keçid postunun açılması ilə bağlı müraciət olunub. 
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.
O bildirib ki, istənilən halda bu səlahiyyət Komitənin xaricindədir, yalnız hökumətlərarası komissiyanın və hökumətin verdiyi qərarlardan sonra İran İslam Respublikası ilə yeni postun açılma ehtimalı var:
“Xudafərin postunun fəaliyyətə başlaması ehtimalı Qarabağa qayıdışımızın inkişafı üçün də önəmli qapılardan ola bilər. Postun açılması ilə bağlı danışıqlar gedir”.
Səfər Mehdiyev qeyd edib ki, ümumilikdə hazırda işğaldan azad edilmiş ərazilərdə ticarətin və tranzit əlaqələrinin müəyyənləşdirilməsi ilə bağlı üçtərəfli görüşlər keçirilir. Həmçinin, postların və məntəqələrin müəyyən edilməsi üzrə işlər gedir.
Onun sözlərinə görə, həm Naxçıvan ərazisində, həm də digər ərazilərdə əlavə keçid məntəqələrinin qurulması istiqamətində danışıqlar aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.