Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Telegram” messencerinə yeni funksiyalar əlavə edilib - VİDEO

Baxış: 253
“Telegram” messencerinə yeni funksiyalar əlavə edilib. Belə ki, artıq çatdakı mesajları, həmçinin qruplara və kanallara dəvət üçün müvəqqəti linkləri avtomatik silmək mümkün olacaq.
 bu barədə “Telegram”ın rəsmi bloqunda məlumat verilib.
Yenilik istifadəçilərə göndəriləndən 24 saat və ya yeddi gün sonra bütün söhbət iştirakçıları üçün mesajların avtomatik silinməsini konfiqurasiya etməyə imkan verəcək.
Qruplarda və kanallarda yalnız administratorlar avtomatik mesaj silməsini aktiv edə bilər.
Əvvəllər bu xüsusiyyət yalnız gizli çatlarda mövcud idi.
Bundan əlavə, qruplarda artıq qeyri-məhdud sayda üzv ola bilər.
Həmçinin vidcetlər sayəsində istifadəçilər smartfonun ana ekranından söhbətlərə sürətli giriş əldə edə biləcəklər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.