Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Bakının tıxac problemini belə həll edə bilərik” - İlham Əliyev

Baxış: 117
“Bakının tıxac problemini belə həll edə bilərik” - İlham Əliyev


“Yenə də deyirəm, hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir. Hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur”.

“Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

O bildirib ki, həm dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobus gətiriləcək:

“Biz Bakının tıxac problemini belə həll edə bilərik.

Təbii ki, dəmir yolları da öz rolunu oynamalıdır. Bu gün Bakı-Sumqayıt dəmir yolu fəal işləyir. Əgər o yol olmasa, indi təsəvvür edin, nə ola bilərdi? Yaxud da ki, Bakıda 50 tunel, ya 50-yə yaxın körpü tikilməsəydi. Vaxtilə o dairələr var idi, yadınızdadır, neçə dairə idi?! Elə buradan şəhərə gedəndə bəlkə üç-dörd dairə var idi. İndi onların hamısı yox olub, əvəzinə yol ötürücüləri yaradılıb.

Yəni bu, ciddi məsələdir və biz ciddi məşğuluq, proqram qəbul edilib, vəsait səfərbər olunub. Hesab edirəm ki, növbəti beş il ərzində bu əsas problemlər öz həllini tapmalıdır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.