
Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları” üzrə alt-qrupunun 26 dekabr 2025-ci il tarixində saat 15:00-da onlayn formatda növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Sahibkartv.az xəbər verir ki, İclasda ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi üzrə 2025-ci il üçün Yol Xəritəsinın ayrı-ayrı bəndləri üzrə görülmüş işlərə dair təqdimatlar ediləcək və qarşıda duran digər vəzifələr ilə bağlı məsələlər barədə müzakirələr aparılacaqdır.
İclasda altqrupa üzv olan dövlət orqanlarının, eləcə də yerli və özəl şirkət və təşkilatların məsul şəxsləri iştirak edəcəkdir.



































