Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanıldı - VİDEO

Baxış: 323
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, şəhid ailələrinin üzvlərinin, erməni terrorundan zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizdə səfərdədir.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin psixoloqları və Türkiyədən dəvət olunmuş mütəxəssislər arasında təcrübə mübadiləsi aparılır.
Həmçinin, fevralın 12-dən etibarən “Posttravmatik stres pozuntusunun müalicəsində effektiv terapiya metodları” mövzusunda təlimlərə başlanılıb.
Təlimlərin bir ay müddətində keçirilməsi nəzərdə tutulub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.