Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda, 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermis çöküntü hadisəsi və bunun nəticəsinin aradan qaldırılması ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı yanında Qərargahın operativ müşavirəsi keçirildi

Baxış: 369

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi-4 ünvanında yerləşən 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermis çöküntü hadisəsi və bunun nəticəsinin aradan qaldırılması iə bağlı, Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargahın operativ və işgüzar müşavirə keçirildi. Sahibkartv.az xəbər verir ki,  Müşavirədə, İcra Başçısı Məhərrəm Quliyev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin  Azərdövlətlayihə Gəncə Regional şöbəsinin mudiri Rüstəm Mehtiyev, FHN-nin Aran Regional Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Orxan Şıxıyev, rayon Polis şöbəsinin rəis müavini və digər aidiyyəti məsul şəxslər iştirak etdilər. Müşavirədə, mövcud vəziyyət və baş vermiş fəsadların aradan qaldırılması üçün gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr aparıldı,  İcra Başçısı tərəfindən bununla bağlı aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyələr verildi.
Məlumat üçün bildiririk ki, qəza baş vermis bina 1988-ci ildə inşa edilmiş və 1992-ci il tarixində istifadəyə verilmiş, binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırlar, 3 mənzildə  isə yaşayış yoxdur. Hadisədən sonra, bina sakinləri kirayə evlərə yerləşdirilmiş, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin ediləcəkdir.  



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.