Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı hüquqşünas Londonun meri ola bilər

Baxış: 319
Azərbaycanlı hüquqşünas Kamran Balayev London şəhərinin meri vəzifəsinə namizəddir. Onun namizədliyi üzvü olduğu “Renew” partiyası tərəfindən irəli sürülüb.
Bu barədə “Vestikavkaza” portalı partiyanın rəsmi saytına istinadən məlumat verib.
Kamran Balayev 1981-ci ildə Bakıda anadan olub. O, Kembric Universiteti, eləcə də London İqtisad Məktəbində (LSE) ali təhsil alıb. K.Balayevin təsis etdiyi “Sərhədsiz hüquqşünaslar” təşkilatı BMT bəyannaməsi çərçivəsində insan hüquqlarının müdafiəsi ilə məşğul olur.  
Hüquqşünas London sakinlərinin onu seçəcəyi təqdirdə, ilk növbədə şəhərin rəqəmsal iqtisadiyyatının inkişafı üzərində çalışacağını bildirib. Onun sözlərinə görə, İngiltərə paytaxtı bu sahədə ABŞ-ın Silikon vadisi ilə rəqabət apara biləcək potensiala malikdir.
Qeyd edək ki, London şəhərinin mer seçkiləri mayın 6-da keçiriləcək. Hazırda bu vəzifəyə 18 nəfər namizəddir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.