13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Fevralın 1-də Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2020-ci il “Könüllülər ili”nin ən fəal könüllülərinin mükafatlandırılması mərasimi keçirilib.
Könüllülər dörd fərqli kateqoriyada – “Pandemiya dövründə könüllülük”, “Müharibə dövründə könüllülük”, “Sosial könüllülük” və “Ekoloji könüllülük” kateqoriyaları üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub, onlara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Pandemiya dövründə könüllülük” və “Sosial könüllülük” kateqoriyalarının hər biri üzrə 17, “Müharibə dövründə könüllülük” üzrə 15, “Ekoloji könüllülük” üzrə yeddi nəfər olmaqla ümumilikdə 56 gənc, iki təşkilat və bir sosial təşəbbüs qrupu – “Biganə Qalma” komandası mükafatlandırılıb. Təltif olunan təşkilatlar sırasında “IDEA” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi də yer alıb.
Xatırladaq ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü ilə "Könüllülər ili" çərçivəsində "İlin Könüllüsü" medalı təsis edilmişdir. Azərbaycan könüllüləri ötən il ərzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan bir sıra humanitar aksiyalar və sosial layihələrin həyata keçirilməsində yaxından iştirak edib, eyni zamanda istər pandemiya ilə mübarizənin ön xəttində, istərsə də Vətən müharibəsi zamanı informasiya müharibəsində dayanmadan fəaliyyət göstərərək birlik və həmrəylik nümunəsi olmağı bacarıblar.
Bölməyə aid digər xəbərlər