Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Anar Cəbrayıllı: “İşğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı layihəmiz yoxdur”

Baxış: 200
“Hələ ki, işğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı hər hansı bir layihəmiz yoxdur”.
Sahibkartv.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistin həmin ərazilərdən Bakıya su çəkilişinin nəzərədə tutulub-tutulmaması ilə bağlı sualını cavablandırarkən deyib.
O bildirib ki, həmin mənbələrdən istifadə ilə bağlı gələcəkdə hər hansı layihələr olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:
“İşğaldan azad olunan ərazilərimizdəki çaylardan, yeraltı sulardan və digər mənbələrdən istifadə məsələsinə gələcəkdə həmin ərazilərdə su infrastrukturlarının qurulması, bərpası, yəni salınacaq yaşayış massivlərin, qəsəbə, kənd, şəhərlərin su təchizatının qurulması layihələri çərçivəsində baxılacaq. Bu mövzu hələ ki, gündəmdə deyil”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.