Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda suyun qiymətinin artırılmasının səbəbləri AÇIQLANDI

Baxış: 194
“İstifadə müddəti keçmiş iri infrastruktur layihələrinin təmirinə çox az vəsait sərf edirik”.
Sahibkartv.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib.
O bildirib ki, “Azərsu” ASC-nin istehlak xərclərinin 3-5 faizi təmir xərclərinə sərf olunur:
“Bu isə iri infrastruktur layihələrinin uzunmüddətli dövrdə istismar müddətini dəfələrlə başa vurmasına gətirib çıxarır. Bu məqsədlə də tariflərin artırılması zəruri hala çevrilmişdir. Tariflərin artırılmasında məqsədlərin biri də suya israfçılığın qarşısını almaqdır. Bizim məqsədimiz istehlakçıları içməli su təchizatı ilə təmin etməkdir. Bəzən görürük ki, içməli su suvarma və ya sənayenin hansısa sahəsində istifadə edilir və israfçılığa yol açır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.