Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda Polis Günü ilə bağlı tədbir keçirildi

Baxış: 210


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon Polis şöbəsinin rəisi Məmməd Hüseynov, rayonun digər rəhbər şəxsləri  və bir qrup polis əməkdaşları “02 iyul-Azərbaycan Polisi Günü” ilə bağlı, Ümummilli Lider  Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sahibkartv.az xəbər verir ki, Sonra tədbir rayon Polis şöbəsində davam etdirildi. Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbərliyini və bütün şəxsi heyyətini təbrik etdi. Tədbirdə Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.
1998-ci ildən  iyulun 2-si prezident, Ümummilli Lider  Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
















































Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.