Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xüsusi təqdir və rəmzi diqqət

Baxış: 282



Tədbirin sonunda Goranboy nümayəndəsi Rüstəm Nağıyevə İran Ticarət Palatası tərəfindən xüsusi hədiyyə təqdim olundu. Bu jest, onun ölkələrarası iqtisadi dialoqa verdiyi töhfənin, qarşılıqlı hörmət və etimadın bariz nümunəsi kimi qiymətləndirildi.

Tədbirlə bağlı təəssüratlarını bölüşən Rüstəm Nağıyev səmimi duyğularla çıxış edərək bildirdi:

“Belə nüfuzlu beynəlxalq tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Məni bu konfransa göndərdiyinə görə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayevə dərin təşəkkürümü bildirirəm. Bu etimadı daim yüksək tutacağam və gələcəkdə də belə tədbirlərdə iştirak edərək Azərbaycanın iqtisadi uğurlarını və sahibkarlıq potensialını dünyaya çatdırmağa, Vətənimizi ləyaqətlə təmsil etməyə daim hazır olacağam.”

Gələcəyə doğru daha güclü addımlar

Bu cür beynəlxalq tədbirlər Azərbaycan sahibkarlarının dünya iqtisadi inteqrasiyasında fəal rol oynamasına geniş imkanlar yaradır. Urmiyada keçirilən bu konfrans isə həm əməkdaşlığın möhkəmlənməsi, həm də qarşılıqlı iqtisadi əlaqələrin yeni mərhələyə keçidi baxımından mühüm platforma oldu.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.