Day, Month 00, Year
00: 00: 00 AM
Oktyabrın əvvəlində itkin düşən hərbçimizin nəşi torpağa tapşırıldı

Azərbaycan ordusunun itkin düşmüş hərbi qulluqçusunun nəşi tapılaraq dəfn edilib.
“Report”un məlumatına görə, 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğlunun doğulduğu Cəlilabad rayonun Qarğılı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.
16:37
Azərbaycan ordusunun itkin hesab edilən hərbi qulluqçusunun nəşi tapılıb.
Şəhid hərbi qulluqçumuz 1999-cu il təvəllüdlü Teymurov Fərid Füzuli oğludur. Hərbi qulluqçunun nəşi doğulduğu Cəlilabad rayonun Qarğılı kəndinə aparılır.
Şəhidlə əvvəlcə yaşadığı Cəlilabad rayonunun Qarğılı kəndində vida mərasimi keçiriləcək. Daha sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Fərid Teymurov 1999-cu il noyabr ayının 2-də Cəlilabad rayonunun Qarğılı kəndində anadan olub.
Ötən ilin oktyabr ayının əvvəllərində Füzuli istiqamətində itkin düşüb. Üç aya yaxındır ki, ailəsinin onunla əlaqəsi tamamilə kəsilmişdi. Şəhidimiz subay olub.


Tarix: 2-01-2021, 22:09 Oxunub: 138


Bölməyə aid digər xəbərlər
13-12-2020, 17:14 Qaxda şəhid dəfn olunub