Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Üç jurnalistə “Qubadlının azad olunmasına görə” medalı verildi

Baxış: 340
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sahibkartv-nin məlumatına görə, sərəncama əsasən, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş üç jurnalist “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

Bunlar “Kaspi” qəzetinin baş redaktor müavini, baş leytenant Məğrur Əliyev, “Azərbaycan” qəzetinin parlament müxbiri, leytenant Rəşad Baxşəliyev və Cumhuriyyet.az saytının rəhbəri, baş leytenant Nəsimi Şərəfxanlıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.