Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Bu işi işğaldan azad edilmiş ərazilərdə aparırıq”

Baxış: 231
“Bu işi işğaldan azad edilmiş ərazilərdə aparırıq”


“Biz deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyində tərəfdaşlıq üçün daha mühüm rolu oynayacaq”.

“Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

Bu gün artıq investorlarımızla imzalanmış müqavilələrin olduğunu söyləyən dövlət başçısı vurğulayıb: “Bu, günəş və külək enerji stansiyalarına aid olan müqavilələrdir ki, 2030-cu ilə qədər 6 qiqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd edirəm ki, bu, təbii qaza qənaət etmək imkanı yaradacaq. Biz onu məhz daxildə istehlak edirik və onlar ixraca yönəldiləcək. Biz, eyni zamanda, öz investisiyalarımızla öz hidroenerji potensialımızı artırırıq, xüsusən də Şərqi Zəngəzur və Qarabağ bölgələrində. Bu işi Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparırıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.