Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentə təbriklər gəlməyə davam edir

Baxış: 214
Prezidentə təbriklər gəlməyə davam edir


Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Bütün dünya müsəlmanlarının qeyd etdikləri Ramazan bayramı münasibətilə Sizə və dəyərli xalqınıza ən səmimi təbriklərimi çatdırmaq mənim üçün böyük şərəfdir. Allah-Taaladan oruclarımızı, dualarımızı və xeyirxah əməllərimizi qəbul etməsini və İslam ümmətinin daha parlaq və təhlükəsiz gələcəyi üçün səylərimizdə bizə öz xeyir-duasını nəsib etməsini diləyirəm.

Hörmətli cənab Prezident, bu mübarək bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost ölkələrimizin davamlı olaraq inkişaf etməsini arzulayıram.

Bayramınız mübarək!”

***

Tunis Prezidenti Kays Sayid:

“Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına firavanlıq bəxş etməsi üçün Uca Allaha dua edirəm.

Bu fürsətdən istifadə edərək, xalqlarımızın rifahı və mənafeyi naminə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün birgə fəaliyyətimizi davam etdirməkdə qəti qərarlı olduğumu Zati-alinizə bir daha bildirməkdən məmnunam.

Ulu Tanrı bizə və bütün İslam ümmətinə xeyir-bərəkət, firavanlıq nəsib etsin!”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.