Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sumqayıtda evini qanunsuz şəkildə tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb

Baxış: 341
Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur.
Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb. İbrahim Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.
Şəxs Polisin nəzarətinə götürülüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.