11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında dinləmə keçirilib.
Sahibkartv xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarını salamlayaraq bir daha Qələbə münasibətilə hamını ürəkdən təbrik edib və bildirib ki, biz bu qələbəyə başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli ordumuzun gücü, xalqımızın sarsılmaz birliyi nəticəsində nail olmuşuq. O, şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı əsgərlərə can sağlığı arzulayıb.
Komitə sədri öz çıxışında deyib ki, bu gün bütün dünya, o cümlədən ölkəmiz COVID-19 pandemiyası ilə mübarizə aparır, eyni zamanda, hal-hazırda biz post-müharibə dövrünü yaşayırıq. Bunları nəzərə alaraq, hadisələrin ailədaxili münasibətlərə necə təsir etdiyini, neqativ halların aradan qaldırılması istiqamətində görülən işləri, qarşıda dayanan vəzifələri müzakirə edəcəyik. O, belə bir tədbirin keçirilməsinə yaratdığı şəraitə və verdikləri tövsiyələrə görə Milli Məclisin rəhbərliyinə, şəxsən Sahibə Qafarovaya minnətdarlığını ifadə edib, dəvəti qəbul etdiklərinə görə görüş iştirakçılarına təşəkkür edib.
Hicran Hüseynova bildirib ki, Azərbaycanda dövlətin ailə siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətimizdə ailə institutunun qorunması, inkişafı prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Lakin bununla yanaşı, ailələrdə bir sıra boşluqlar, narahatedici məqamlar var. Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir.
Bölməyə aid digər xəbərlər