Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Koronavirusa qarşı peyvənd qlobal ÜDM-i 3,2 trilyon dollarlıq artıra bilər

Baxış: 337
Koronavirus (COVID-19) əleyhinə peyvəndin tətbiqi yaxın aylarda dünya əhalsiinin təxminən yarısını, qlobal ümumi daxili məhsulun (ÜDM) isə 60%-ni təşkil edən ölkələrdə iqtisadi böyüməni dəstəkləyəcək. Bu da gələn il dünya iqtisadiyyatını 3,2 trilyon ABŞ dolları dəyərində və yaxud 3,7% artıra bilər.
Sahibkartv xəbər verir ki, bu qənaətə “Bloomberg” agentliyinin mütəxəssisləri gəlib.
Söhbət əsasən dünya əhalisinin 1/3-ni, qlobal ÜDM-in isə yarısından çoxunu təşkil edən 16 inkişaf etmiş və inkişaf etməkdə olan ölkədən gedir ki, onlar da kifayət qədər peyvənd sifariş edib. Hesablamalara görə, bu ölkələrin iqtisadiyyatı pandemiyadan əvvəlki dövrlə müqayisədə orta hesabla 6% azalıb. Peyvəndin tətbiqi isə qlobal ÜDM-i 3,2% artıra bilər.
Dünya əhalisinin 15%-ni, qlobal ÜDM-in isə 9%-ni təşkil edən 11 inkişaf etmiş və inkişaf etməkdə ölkə də iqtisadiyyatını pandemiyadan əvvəlki səviyyəyə çatdıra bilər. Bu ölkələrin ÜDM-ində pandemiya hesabına yaranmış geriləmənin 75%-i aradan qaldırıla bilər ki, bu da qlobal ÜDM-i 0,5% artıra bilər.
"Peyvənd iqtisadi sahədə nikbinliyə səbəb olsa da, şirkətlərin iflasına, məşğulluğa qalıcı zərərlər də vurub. Bu, iqtisadi canlanmanı əngəlləyəcək",- analizdə qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.