Day, Month 00, Year
00: 00: 00 AM
Vətən Müharibəsi qazilərinin evlərində ziyarət edilməsi davam edir.


Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Aillələri İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev, Çernobıl əlilləri İttifaqı İctimai Birliyi Goranboy rayon filialının sədri Namiq Məmmədov və digər ziyalılar ilə birgə yaralanmış “Vətən Müharibəsi” qaziləri Xan Qərvənd kənd sakinləri Əliyev Vüqar Toğrul oğlu və Məmmədov Elməddin Asəf oğlunu ziyarət etdilər. Görüş zamanı qazilərimiz öz şərəfli döyüş xatirələrindən danışdılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham lham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun Vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdə göstərdikləri xidtmətlərə görə qazilərimizə öz təşəkkürlərini bildirən icra başçısı, ailələrin problemləri ilə də maraqlandı. Dövlətimizin şəhid ailələrinə və müharibə veteranlarına qayğısını xatırladan Məhərəm Quliyev onların da bu diqqətdən kənar qalmayacaqlarını bildirdi.
Sonda xatirə şəkilləri çəkdirildi. 


Tarix: 27-11-2020, 15:33 Oxunub: 166


Bölməyə aid digər xəbərlər