İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
10:53 / 17-04-2025
Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
10:24 / 17-04-2025
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
10:20 / 17-04-2025
Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
10:16 / 17-04-2025
Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
10:05 / 17-04-2025
Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
09:59 / 17-04-2025
Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
09:55 / 17-04-2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
09:44 / 17-04-2025
Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
09:29 / 17-04-2025
Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
09:00 / 17-04-2025
AI ilə Qurulan “1 Günlük Startaplar”: Gələcəyin Sahibkarlıq Modeli
21:17 / 16-04-2025
Süni Zəka ilə İş Görüşləri Artıq Emosional Uyğunluğa Əsaslanacaq
20:30 / 16-04-2025
AI Müəllimlər və Qulaqlıqlar ilə Gələcəyin Səyyar Təhsil Sistemi
19:30 / 16-04-2025
Diplom Yox, Layihə Portfeli: Təhsildə Yeni Dövrün Başlanğıcı
19:19 / 16-04-2025
“AutoStartup” – Sahibkarın Yerinə Fəaliyyət Göstərən Virtual Komanda
18:52 / 16-04-2025
“SkillBoosters” Freelancerlərə Real Zamanlı AI Dəstəyi Təqdim Edəcək
18:30 / 16-04-2025
AI ilə Passiv Gəlir İmperiyası: Rəqəmsal Əsərlər Avtomatik Pul Qazandıracaq
18:20 / 16-04-2025
“SkillMap” ilə Peşə Seçimi Artıq Qabiliyyətlərə Əsaslanacaq
17:30 / 16-04-2025
AI ilə Şəxsi Ssenari və Kitab Yaratmaq İndi Saniyələr Məsələsidir
17:21 / 16-04-2025
Virtual Mentorlar Sahibkarlıq Səfərində Rəhbərlik Edəcək
16:42 / 16-04-2025
Təhsildə Səsli Genomik Uyğunluq: Hər Tələbəyə Özünə Xas Təhsil Səslənəcək
16:18 / 16-04-2025
Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16:00 / 16-04-2025
ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
15:30 / 16-04-2025
"Süni Zəka ilə Rəqəmsal Sahibkar Olmaq Üçün Bir Gün Yetərlidir"
15:17 / 16-04-2025
"Gələcəyin Kursları Geyilə Bilən Cihazlarla Təqdim Olunacaq"
15:00 / 16-04-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.
Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.
Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 25-10-2024, 09:36 Oxunub: 65
Bölməyə aid digər xəbərlər
21-06-2023, 18:55
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - SİYAHI
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-10-2022, 09:30
Qubadlının işğaldan azad olunmasının ildönümüdür
21-09-2022, 21:40
Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb
24-07-2022, 19:01
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
24-07-2022, 14:03
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
27-06-2022, 09:15
İlham Əliyev Kəlbəcərdə “N” saylı hərbi hissənin açılışında iştirak edib
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
4-10-2021, 09:05
Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür
27-09-2021, 08:29
Vətən müharibəsinin başlanmasından bir il ötür – UNUDULMAZ TARİXLƏR
9-09-2021, 22:07
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib – FOTO
28-08-2021, 18:11
İsmayıllı rayonunda şəhidlərin anım tədbirləri keçirilib - FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
26-06-2021, 10:19
Qarabağ zəfərinin qəhrəmanları: Müzəffər Ordumuzun keçdiyi TARİXİ YOL
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM