Məlumatı Moderator.az-a əslən Tərtərin Sarıcalı kəndindən olan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl verib.
Onun bildirdiyinə görə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş 95-ci il təvəllüdlü Məmmədov Mehdi Elçin oğlunun bu gün səhər saatlarında Sarıcalı kəndində dəfn mərasimi keçirilib.
Mərasim başa çatmamış xəbər gəlib ki, Şəhidimizin nişanlısı Səfərova Mələk Valeh qızı da Mehdinin yoxluğu ilə barışa bilməyərək özünə qəsd edib. Kənd sakinləri indi də Mələyi son mənzilə yola salırlar.





































