Rayonun Adatəpə kəndi yaxınlığındakı meşə massivində naməlum səbəbdən yanğın baş verib.
Xəbər üzərinə Meşə Region Müdirliyi qrupları bölgəyə sövq edildi.
Yanğına 4 helikopter, 4 yanğınsöndürmə təyyarəsi, 2 ilk müdaxilə maşını, 10 su maşını, 3 dozer və 104 canlı qüvvə cəlb olunub və nəzarətə götürülüb.
İlkin məlumata görə, yanğın zamanı 2,5 hektar meşə və 1 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.
Komandaların bölgədə soyutma işləri davam edir.





































