Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Baxış: 347
Mənim mənliyimin füsunkarlığı
Danışan kamalı, ağlıdır dilim.
Millətin varlığı, yurdun varlığı
Sənin varlığına bağlıdır, dilim. (Bəxtiyar Vahabzadə)
Bu əlamətdar gün ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına
əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına
keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan
istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində
mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. .
Milyonlarla insanı birləşdirən bu vasitə söz ehtiyatının zənginliyi, ahəngdarlığı,
qrammatik quruluşunun dəqiqliyi ilə digər dillərdən seçilir. Hazırda dünyanın 90-a yaxın
ölkəsində Azərbaycan dilində danışanlar var.
Azərbaycan dilinin qorunması hər bir Azərbaycanlının vəzifə borcudur. Dil təkcə özünü
ifadə vasitəsi deyil dil eyni zamanda millətin coğrafi genişliyidir. Azərbaycan dilinin daha
fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin
təmin edilməsi Prioritet məsələlər sırasındadır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.