Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sökədəki kağız fabrikində çıxan yanğına havadan müdaxilə yenidən başladı

Baxış: 338
Aydının Söke rayonundakı kağız fabrikinin açıq sahəsindəki kağız toplama hissəsində dünən baş verən yanğında alova müdaxilə 14,5 saatdır davam edir. Gecə boyu davam edən yanğına günün ilk işığında havadan müdaxilə edilməyə başlanıb.

Söke Mütəşəkkil Sənaye Bölgəsindəki kağız fabrikində naməlum səbəbdən saat 18.30 radələrində yanğın baş verib.


Ətrafdakıların xəbəri üzərinə bölgəyə yanğınsöndürmə, meşə təsərrüfatı, polis və sağlamlıq qrupları sövq edilib. Muğla Meşə Region Müdirliyinə bağlı vertolyot və təyyarələr alovlara havadan, qurudan isə su və xilasetmə maşınları ilə müdaxilə edib.


Külək səbəbindən geniş əraziyə yayılan yanğına qruplar müdaxilə etməkdə çətinlik çəkib. Bölgəyə ətraf əyalət və rayonlardan yanğınsöndürənlər və meşə təsərrüfatı qrupları göndərilib. Söndürmə işlərinə TOMA-larla dəstək verildi. Bölgədə AFAD və UMKE qrupları da iştirak edirdi.


Alışma təhlükəsi olan sıxılmış kağızların bir qismi iş maşınları ilə ərazidən çıxarılıb. Söndürmə əsnasında tüstüdən təsirlənən bəzi yanğınsöndürənlər və işçilərə hadisə yerində gözləyən təcili yardımlarla müalicə edildi.

Ötən gecə havanın qaralmasından sonra dayandırılan hava müdaxiləsi yenidən səhər saatlarında başlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.