Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AK Partiyanın 3 günlük düşərgəsi sona çatdı

Baxış: 301
AK Partiyanın "təvazökarlıq, səmimiyyət və səy" mövzusu ilə təşkil etdiyi "Yerli Rəhbərliklər Müşavirə və Qiymətləndirmə Yığıncağı" başa çatıb.

Kızılcahamamda 3 günlük düşərgədə yerli seçkilərin nəticələri qiymətləndirilib, şəhərlərin ehtiyacları və layihələr müzakirə edilib.

Növbəti dövr üçün yol xəritəsinin müzakirə olunduğu düşərgədə iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət və turizm, ətraf mühitlə bağlı təqdimatlar olub.

Layihə əsaslı işlər və zəlzələ bölgəsində yaraların sağalması üçün nələrin edilməsi lazım olduğu da müzakirə edilib.

541 BELEDİYƏ MƏRİ İŞTİRAK EDİB

Düşərgənin bugünkü hissəsində sədr müavini və partiya sözçüsü Ömər Çelikin moderatorluğu ilə təşkilatın prezidenti Erkan Kandemir, Təbliğat və Media şöbəsinin müdiri Həmzə Dağ və Seçki İşləri İdarəsinin rəhbəri Əli İhsan Yavuz öz vəzifə sahələri ilə bağlı təqdimatla çıxış ediblər.

Sonra nazir müavinləri bələdiyyə sədrlərinin təklif və tələblərini dinləyiblər.

Düşərgədə 541 bələdiyyə sədri daxil olmaqla, ümumilikdə 629 yerli idarəçi iştirak edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.