Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Təmir işləri zamanı yanğın 3 binaya keçib

Baxış: 307
İstanbulun Tuzla səmtində aparılan təmir işləri nəticəsində bir binanın çardağında baş verən yanğın 3 binaya keçib.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə nəzarət altına alınan yanğın ətrafdakılar tərəfindən mobil telefon kameraları ilə lentə alınıb.

Saat 16.30 radələrində Tuzla Yayla rayonu, Öztunç küçəsində 3 mərtəbəli binanın damında baş verib.

İddialara görə, 3 mərtəbəli binanın dam örtüyü təmir olunarkən yanğın baş verib. Küləyin təsiri ilə yanğın qısa müddətdə böyüyüb.

Yanğın ona bitişik və arxa küçədəki digər tikililərin dam örtüyünə keçib. Qısa müddətdə böyüyən yanğında 4 binanın dam örtüyü alova təslim olub.


Ətrafdakı vətəndaşların xəbərdarlığı ilə arabir partlayışların da yaşandığı yanğına çoxlu sayda yanğınsöndürən, polis və tibbi qruplar sövq edilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanan 4 binanın damına nərdivan vasitəsi ilə müdaxilə edərək qısa müddətdə yanğını nəzarətə götürüblər.
İlkin məlumata görə, yanğın nəticəsində 3 binanın dam örtüyünə ziyan dəyib, xəsarət alan və tələfat olmayıb. Qruplar yanğınla əlaqədar araşdırma başlatdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.